Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulos Azərbaycana rəsmi səfər edəcək

29-30 aprel 2013-cü il tarixində Yunanıstan Respublikasının xarici işlər naziri Dimitris Avramopoulos Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir. Səfər çərçivəsində Dimitris Avramopoulosun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulmuşdur. Görüşdən sonra keçiriləcək mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələrindən cari ilin 30 aprel tarixində saat 11:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur. Mətbuat nümayəndələri çalışdıqları iş yerlərini təsdiq edən sənədi, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00