Prezident İlham Əliyev CAR-lı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.
AzərTAc xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar dostluq əlaqələrimizin və əməkdaşlığımızın daim genişlənməsi və möhkəmlənməsi üçün yeni imkanlar açacaqdır.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və tərəqqi arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00