Milli Şura ideyasının arxasında hər hansı siyasətçinin şəxsi marağı durur

"Təəssüf edirəm ki, Milli Şura yaradılması ideyasının arxasında mövcud ictimai-siyasi vəziyyətin araşdırılması və cari vəziyyətdən çıxış edərək siyasətin qurulması yox, hər hansı siyasətşinin şəxsi marağı daha çox hiss olunur". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev səsləndirib.  Partiya sədri bildirib ki, belə ideyaların yaranmasını dəstəkləsə də reallaşma yolunu və məqsədlərinin, proqramının aydın olmamasını həmişə tənqid edib: ".Amma bütün hallarda müxalifətin birliyinə yönələn addımlar beşiyində məhv edilməməlidir. Müxalifətin birləşməsi istiqamətində atılan istənilən addım bizim tərəfimizdən alqışlanır. Amma bir şərtlə! Yəni bu birləşmə obyektiv və subyektiv vəziyyətin tələblərini tam şəkildə nəzərə almalıdır. Əks halda bu cəhd kiminsə maraqlarına xidmət etmək məqsədi güdəcək və müxalifətin daha da pərakəndəliyinə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00