Heydər Əliyev Bolqarıstanda anılıb
26 Aprel 2013 19:52 SiyasətOlaylar İA xəbər verir ki, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyindən verilmiş məlumata əsasən, aprelin 23-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirilib.
Çıxışlarda ümummilli liderin Azərbaycan dövlətçiliyinin qorunub-saxlanılması və inkişafındakı misilsiz rolu vurğulanıb və onun Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib. Həmçinin, Heydər Əliyevin neft strategiyası, Azərbaycanın regional və beynəlxalq birliyə inteqrasiya olunması, regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin reallaşdırılmasındakı xidmətləri qeyd edilib. O, dünya siyasətinin nüfuzlu, zəngin siyasi irsə malik və uzaqgörən ictimai-siyasi xadimi kimi səciyyələndirilib.
Konfransın sonunda ümummilli lider haqqında qısametrajlı film nümayiş etdirilib.