Rusiya İsa Qəmbərə və ya Eldar Namazova dəstək verməyəcək
26 Aprel 2013 17:40 SiyasətBu günlərdə Müsavat başqanı İsa Qəmbər və "EL" Hərəkatının sədri Eldar Namazovun Türkiyəyə səfər etməsi və orada "Milyarderlər İttifaqı"nın rəhbərliyi ilə görüşlər keçirəcəyi barədə xəbərlər siyasi çevrələrdə heç də normal qarşılanmayıb. Məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, Isa Qəmbərlə Eldar Namazov Türkiyədə "Milyarderlər İttifaqı" ilə görüşmüş olsa belə bu heç nəyi dəyişməyəcək .BAXCP rəsmisinin sözlərinə görə, həmin ittifaqın üzvü Rüstəm İbrahimbəyov onsuz da bütün günü bu adamlarla görüşür və birgə bəynat verir: "Bunun qarşılığında nə dəyişir ki? Əlbəttə heç nə". Niyaməddin Orduxanlı qeyd edib ki, Azərbaycan xalqı həmin siyasi qüvvələrə dəstək vermir: "Bura Gürcüstan və yaxud başqa ölkə deyil ki, Rusiya istədiyini etsin. Bunlar yaxşı bilir ki, Azərbaycan xalqı siyasi baxımdan formalaşıb və kimin kim olduğunu da yaxşı bilir. Həmçinin Rusiya və başqa dövlətlər də bunu yaxşı bilir. Heç kim də inanmasın ki, Rusiya İsa Qəmbərə və ya Eldar Namazova hər hansı bir dəstək verəcək. Rusiya heç vaxt bu adamlara dəstək verməz".
Partiya rəsmisi deyib ki, hələ İttifaq təzə yarananda İsa Qəmbər mətbuat vasitəsilə hətta spiker olacağına dair razılığını bildirmişdi. Ancaq bunun bəyanatına heç əhəmiyyət verən olmadı: "İttifaqda təmsil olunan şəxslərin əksəriyyəti mətbuata acıqlamasında İlham Əliyevə hər zaman dəstək verəcəklərini bildiriblər. Türkiyə görüşü radikal müxalifətin növbəti blefindan başqa bir şey deyil. Bu da növbəti siyasi şoudan başqa bir şüy deyil".
"EL" Hərəkatı və Milli Şura ənənəvi müxalifəti zəiflədəcək?
Süleyman/("OLAYLAR")/ Yeni yaradılan "EL" Hərəkatı və Milli Şuranın ənənəvi müxalifəti sıradan çıxaracağı barədə həm müstəqil siyasətçilər, həm də ayrı-ayrı partiya funksionerləri tərəfindən fikirlər səsləndirilir. Müsavat başqanının sədr müavini Gülağa Aslanlı da adıçəkilən qurumların digər siyasi qüvvələri zəiflədə biləcəyi mümkünlüyündən danışıb. "OLAYLAR"-a verdiyi açıqlamada Müsavat funksioneri deyib ki, əgər Milli Şura yaranarsa və orada hakimiyyətin seçki yolu ilə dəyişməsini istəyən qüvvələr Azərbaycanın maraqlarını əsas qəbil etməklə təmsil olunarlarsa o. zaman Milli Şura Azərbaycan cəmiyyətində əsas mövqeyə sahib ola bilər. Gülağa Aslanlının sözlərinə görə, yalnız bu halda digər partiyaların zəifləməsi prosesi baş verə bilər. Əks təqdirdə həmin fəaliyyətin heç bir nəticəsi və digər siyasi qüvvələrə mənfi təsiri olmayacaq.