Azərbaycandakı seçkilər Madriddə müzakirə olunacaq
26 Aprel 2013 15:41 SiyasətAzərbaycan Yaşıllar Partiyasının nümayəndələri İspaniyaya səfər edib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, səfərdə məqsəd Madriddə keçirilən Avropa Yaşıllar Partiyasının Şura iclasında iştirak etməkdir. May ayının əvvəllərində baş tutacaq iclasda qlobal problemlərin müzakirəsi və Avropa Parlamentinə növbəti seçkilər müzakirə ediləcək. Azərbaycan Yaşıllarının Avropa Yaşıllar Partiyası strukturuna daxil olan partiyalarla, həmçinin Komitə üzvləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə Azərbaycanda 2013-cü il prezident seçkiləri və ictimai-siyasi vəziyyət müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00