DAK rəhbərliyi Dövlət Departamentində görüşlər keçirib
26 Aprel 2013 14:18 SiyasətDünya Azərbaycanlıları Konqresinin həmsədrləri, deputat Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Birləşmiş Ştatlara səfəri çərçivəsində Dövlət Departamentində bir sıra görüşlər keçiriblər. Konqresdən "OLAYLAR"-a verilən məlumata görə, görüşlərdə Azərbaycanın bir sıra mühüm problemləri ətrafında müzakirələr keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ və Rusiyanın fəaliyyətinə diqqət çəkən Sabir Rüstəmxanlı, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin ədalət prinsipləri üzərində inkişafının bölgənin gələcəyi baxımından son dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00