Ermənilərin ahıskalıların geri qayıtmasından narahatdır

Ahıska türklərinin öz tarixi torpaqlarına qayıtması prosesi başlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ahiska türklərinin geri dönməsi erməni diasporası tərəfindən etirazla qarşılanıb. Ahıskalıların Haqlarını Qoruma Mərkəzinin sədri Paşa Alihan bildirib ki, ermənilərin narahatçılığı bölgədə türklərin sayının artmasındadır. Mərkəz rəhbəri ermənilərin etirazlarına baxmayaraq ahıskalıların Gürcüstana, öz doğma torpaqlarına qayıdacaqlarını söyləyib. Bildirib ki, indiyə qədər Gürcüstana qayıdan 700 nəfərə bütün hüquqlar verilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00