Elmar Məmmədyarov İƏT-in baş katibini qəbul edib

Aprelin 25-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.  Görüşdə Azərbaycan ilə İƏT arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.  İƏT Baş katibi ölkəmizin təşkilat içindəki fəaliyyətini yüksək qiymətləndirib.  Görüş zamanı həyata keçiriləcək birgə layihələr və təşkilatın gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata keçirdiyi humanitar aksiyalar haqda söz açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00