Vəfa Quluzadə: "Azərbaycan şadyanalığından papağını göyə atar" - FİKİR

Azərbaycanlı politoloq rusiyalı politoloq Maksim Şevçenkonun fikirlərinə münasibət bildirib

"Əgər Amerika qoşunlarını Azərbaycanda yerləşdirmək istəsə, Azərbaycan şadyanalığından papağını göyə atar". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında politoloq Vəfa Quluzadə rusiyalı politoloq Maksim Şevçenkonun ABŞ-ın Əfqanıstandan çıxarılacaq NATO qoşunlarını Azərbaycanda yerləşdirəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. "Mən hesab edirəm ki, hətta Amerikanın belə qərarı varsa da, Şevçenkonun bu məsələdən xəbəri ola bilməz. Onun fikrini ciddi qəbul etmirəm", -deyə o vurğulayıb.
Vəfa Quluzadə bunun asan məsələ olmadığını deyib: "Hələ o vaxtlar Heydər Əliyev Madlen Olbraytla görüşü zamanı Amerika qoşunlarının Azərbaycanda yerləşdirməsini təklif etmişdi. Madlen Olbrayt bunu gülümsəyərək qarşılamışdı. Azərbaycan o vaxtdan buna hazır idi. Amerika o vaxt qoşunlarını yerləşdirsəydi, Azərbaycandan asılı vəziyyətə düşəcəkdi. Amerika o zaman yerləşdirər ki, bir o qədər də asılı olmasın".
Onun sözlərinə görə, Amerika hazırda bunu qəbul etməyəcək: "Onun hazırda Suriya, İran kimi problemləri var. Bu problemlər həll edilmədən Amerika öz qoşunlarını Azərbaycanda yerləşdirməz".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00