“Əsədlə ancaq gedişi barədə danışaram…”
25 Aprel 2013 17:30 SiyasətOlaylar İA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, NATO-nun xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən konfransından qayıdan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlamasında bildirib ki, konfransda bəzi ölkələrin Əsədlə "bir daha görüşsək" kimi fikirlərinə "Dəfələrlə görüşdük, hətta mənim qədər heç kəs görüşməyib. Lakin bundan sonra Əsədlə ancaq gedişi haqqında danışa bilərik " deyə cavab verib.
"Suriya məsələsi ilə bağlı fikir ayrılıqları var. Beynəlxalq ictimaiyyət bu məsələdə uduzur. Hər kəs baş verə biləcək hadisələrə hazırlıqlı olmalıdır. Əlbəttə ki, biz siyasi sabitlik istəyirik. Biz bunun üçün daha çox səy göstəririk. Ərəb Liqası, Rusiya da çox səy göstərib. Siyasi sabitliyi pozmaq faciədən başqa bir şey deyildir. Indi konkret qərar qəbul etmək vaxtıdır. "Gözlə gör" demək insan faciəsinin artmasına səbəb olur. Bu da Əsədin zülmünün artması və müxalifətin radikallaşması deməkdir. Digər bir seçim Kosova və Liviyada olduğu kimi beynəlxalq müdaxilədir. Ancaq bunun üçün BMT-nin hər hansı bir qərarı yoxdur. Üçüncü və sonuncu seçim isə müxalifətin dəstəklənməsidir. Kaş ki siyasi sabitlik olaydı... Amma siyasi sabitlik yoxdur deyə qətliamlara göz yummamalıyıq" deyə Davudoğlu bildirib.