Serbiya prezidenti müsəlmanlardan üzr istədi

Serbiya prezidenti Tomislav Nikoliç Bosniya müsəlmanlarından 1995-ci ildə Srebrenitsedə törədilmiş kütləvi qırğına görə, həmçinin serblərin Bosniya və Hersoqovinada törətdikləri cinayətlərə görə üzr istəyib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatı prezident Tomislav Nikoliç VNT telekanalına verdiyi müsahibə zamanı səsləndirib. O bildirib ki, serblərin Srebrenitsedə törətdikləri cinayətlərə görə diz çökərək üzr istəyir.
Nikoliçin müsahibəsi mayın 7-də yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00