Deputatımız MDB PA-nın işlasına qatılacaq
25 Aprel 2013 17:15 SiyasətMilli Məclisin deputatı Bəxtiyar Əliyev MDB Parlament Assambleyasının Elm və təhsil daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Sankt-Peterburq şəhərində baş tutacaq toplantıda təhsil sahəsində mövcud olan problemlər, əldə olunan uğurlar və yeniliklər barədə danışılacaq. Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək. Səfər aprelin 27-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00