Asim Mollazadə Nyu-Yorkda məruzə oxuyacaq

Milli Məclisin deputatı Asim Mollazadə aprelin 26-dan mayın 4-dək ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində səfərdə olacaq. MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, deputat  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın bir sıra nüfuzlu beyin mərkəzlərində keçiriləcək tədbirlərdə iştirak edəcək. Asim Mollazadə Vaşinqtonda və Nyu-Yorkda ölkəmizin beynəlxalq münasibətləri mövzusunda məruzələr oxuyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00