Səməd Seyidovun bəyanatı erməniləri özündən çıxarıb

Ermənistanın nümayəndə heyəti Azərbaycanın təqdim etdiyi həqiqətlərlə razılaşmayıb

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) çərçivəsində dünən Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov və David Arutyunyan görüş keçirib.
ANS PRESS-in "panarmenian" saytına istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər danışıqların konfidesiallığının qorunub saxlanılması, eləcə də nümayəndələr arasında barışığın əldə olunmasına istiqamətlənmiş dialoqların keçirilməsinin mühümlüyü qeyd edilib.

Ermənistan nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA-ya təqdim etdiyi bəyanatla razılaşmayıb. Ermənistanın nümayəndə heyətinin rəhbəri David Arutyunyan Azərbaycan tərəfinin bəyanatının reallığa uymadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00