Birlik çağırışı edən müxaliflər səmimi deyillər

"Azərbaycan müxalifətinin səmimiyyəti heç vaxt olmayıbsa, indiki çağrışlarda səmimi deyil". Bu fikirləri "OLAYLAR"-a İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı AXCP və Müsavat liderlərinin müxalifətin birliyi çağırışlarına münasibət bildirərkən səsləndirib. Partiya sədri deyib ki, həmin çağırışın arxasında yenə özünü güclü kimi tanıtdırmaq istəyənlərin acizliyi görünür: "Təbii ki, seçkiyə az müddət qaldığından belə çağırışlar gözləniləndi.. Amma burada yenə mübarizənin formatı qaranlıq olaraq qalır. Əvvəl bu birlik çağırışının hədəfi bilinməlidi..Partiya maraqlarını güdərək özlərini güclü göstərib hakimiyyətdən nə isə qoparmaq, yoxsa demokratik seçki mühitinin yaradılması bunlar üçün əsasdır. Və ya hansısa qüvvələrə özünü tanıtdırmaqmı?..Xalq indiki həssas vaxtda təhlükəli oyunların iştirakçısı olmaq istəmir. Ona görə ki, 20 ildə çağırışçılar səmimi olmayıblarsa, bu az müddətdə də çətin səmimi olalar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00