Müxalifətin seçki ilə bağlı mövqeyi müəyyənləşməyib

Azərbaycan müxalifətinin prezident seçkilərlə bağlı mövqeyi hələ tam müəyyənləşməyib. Belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Nazim Məmmədov "OLAYLAR"-a deyib ki, bu səbəbdən müxalifətin vahid namizədinin müəyyənləşməsi ideyası reallaşmır: "Bu istiqamətdə yaradılan format və vahid namizəd məsələsinin həllinə yönələn təşəbbüslər yalnız müxalifətin bir hissəsini təşkil edir. Həmin formatda vahid namizəd müəyyənləşdirilsə belə, bu müxalifətin vahid namizədi olmayacaq və yalnız razılaşdırılmış tərəflərin namizədi olacaq" Nazim Məmmədov onu da deyib ki, VİP-in prezidentliyə namizədi artıq müəyyən edilib və bu qərarın dəyişdirilməsi gözlənilən deyil: "Bununla bərabər əgər vahid namizəd məsələsi ilə bağlı real və səmimi müzakirələr keçirilərsə VİP-də həmin müzakirələrdə iştirak edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00