İzmirdə 24 aprel mitinqi

Aprelin 24-ü Türkiyənin İzmir şəhərində "Erməni yalanlarına dur deyək" adlı etiraz mitinqi gerçəkləşdirilib. İzmir Karşıkayada keçirilən mitinqdə Tələt Paşa Komitə rəhbəri Kevser Külahcıoğlu, İzmir Ulusalcılar Birliyi rəhbəri jurnalist Orxan Ayber, Cümhuriyyətci Qadınlar Birliyi, Atatürkcü Düşüncə Dərnəyinin və Ülkü OcaqlarınınKarşıkaya şöbəsi, Beynəlxalq Azərbaycan Mədəniyyət Dil, Tarix Araşdırma Mərkəzinin rəhbəri Seyfəddin Ayakyayın qatıldıqları tədbir izdihamıyla yadda qalıb. Azərbaycandan Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin rəhbəri Şamil Sabiroğlunun da qatıldığı mitinqdə iştirakçılar Türkiyə və Azərbaycan bayraqlarıyla əvvəlcə erməni terroristlərinin qətlə yetirdikləri türk diplomatların xatirəsinə ucaldılmış xatirə kompleksinin önünə toplanmışlar. Tələt Paşa Komitəsinin rəhbəri Kevser Tanrı Kulu çıxış edərək Türkiyə və Azərbaycan təşkilatlarının erməni yalanlarına qarşı birgəmübarizəsinin vacibliyini bildirib. Xocalı Soyqırımını Tanıtma İB-in sədri Şamil Sabiroğlu ermənilərin istər Osmanlı dövlətində, istərsə də bütünlükdə Cənubi Qafqazda törətdikləri qanlı əməllərdən, soyqırımlardan danışıb. O bildirib ki, erməni daşnaklar zaman-zaman təkrarlanan qanlı ssnerilərlə soyqırımlar törətmiş, yüzlərlə günahsız türk insanının qanını axıtmışdır. Erməni vəhşiliyinin ən bariz nümunəsi kimi Xocalıda törədilmiş soyqırımı nümunə gətirən natiq insanlıq əleyhinə olan bu cür qanlı əməllərin bir daha təkrarlanmaması üçün birgə fəaliyyətin vacib olduğunu bildirb.
Mitinqdən sonra Türkiyədə fəaliyyət göstərən Azərbaycan Dil, Tarix, Kültür Araşdırma Mərkəzi, Tələt Paşa Komitəsi ilə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin fəaliyyətini daha da genişləndirməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00