Milli Dövlətçilik Naminə hərəkatı yaradıldı
Gülnar Əhməd: “Əsas hədəflərdən biri ictimai-siyasi həyatda milli təfəkkürlü gənclərin təşkilatlanmasını təmin etməkdir”
24 Aprel 2013 16:30 SiyasətBu gün "Milli Dövlətçilik Naminə" Hərəkatın təsis konfransı keçirilib. 5 nəfərin təsis etdiyi hərəkatın əsas ideyası milli dövlətçilikdir. Bununla əlaqədar keçirlən mətbuat konfransında qeyd olunub ki, Azərbaycanda milli ideologiyanın hazırkı durumu və boşluqların doldurulması zərurəti bu təşkilatı meydana çıxarıb. O, təşkilatın milli məsələ ətrafında birləşməyin vacibliyindən yarandığını da vurğulayıb. Bütün vətənpərvərləri milli məsələ, milli-mənəvi dəyərlər ətrafında birləşməyə çağıran hərəkatın təsisçilərindən biri Gülnar Əhməd bildirib ki, əsas hədəflərdən biri ictimai-siyasi həyatda milli təfəkkürlü gənclərin təşkilatlanmasını təmin etməkdir. "Milli Dövlətçilik Naminə" hərəkatının rəhbərlərindən biri Oqtay Hacımusalı isə qeyd edib ki, xaricdən müəyyən qüvvələr Azərbaycan xalqına zidd ideologiyalar, zərərli fikirlər yeridilməsi istiqamətində çalışırlar: "Əsas işlərimizdən biri bunun qarşısının alınması olacaqdır".