“Rüstəm İbrahimbəyov ermənilərdən ötrü papağını yırtanlardandır” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Müsavat və AXCP arasına nifaq toxumu səpən Eldar Namazov alınacaq nəticələri təmsil etdiyi qüvvələrin maraqları istiqamətinə yönəldəcək”
24 Aprel 2013 16:26 SiyasətMüsavat-AXCP gərginliyinin arxasında politoloq Eldar Namazov və kinodramaturq Rüstəm İbrahimbəyov dayanır. Əli Kərimlinin Müsavata yönəltdiyi sözlərin müəllifi isə Eldar Namazovdur!" Politoloq Cümşüd Nuriyev "Olaylar"a açıqlamasında belə deyib. Namazovun başqa-başqa qurumlara xidmət etməyi və müxalifəti içindən dağıtmağı bacaran uzaqgörən siyasətçi olduğunu deyən C.Nuriyev hesab edir ki, Müsavat və AXCP arasına nifaq toxumu səpən Namazov alınacaq nəticələri təmsil etdiyi qüvvələrin maraqları istiqamətinə yönəldəcək: "Məhz dağıdıcı siyasətin nəticəsidir ki, müxalifət seçkilərə vahid naimzəd yox, buket şəklində, ayrı-ayrı namizədlərlə gedəcək. Bu isə müxalifətin bu ilki uğursuzluğunun kökündə dayanan əsas amil olacaq. Rüstəm İbrahimbəyovun Əli Kərimliyə olan sevgisi İsa Qəmbərə olan nifrətindən doğur. Digər tərəfdən Müsavat başqanının müxalifətin vahid namizədi olması Kremlin maraqlarını da əks etdirmir. Rüstəm İbrahimbəyov elə zənn edir ki, kinodramaturq Rusiyanın layihəsilə Azərbaycan prezidenti olacaq. Amma bunların hamısı razılaşdırılmış və danışılmış oyundur. Rüstəm İbrahimbəyov bir Kinematoqrafiya İttifaqına rəhbərlik edə bilmədi. Ondan heç Milli Şuranın sədri də olmaz, nəinki prezident İbrahimbəyov heç Milli Şuranı da yarada bilməyəcək. R.İbrahimbəyov əməlli-başlı ermənipərəstdir, o ermənilərdən ötrü papağını yırtanlardan biridir. Kreml Azərbaycan üzərinə 1988-ci ildə Əbdürrəhman Vəzirovu göndərmişdisə, indi də Rüstəm İbrahimbəyovu göndərməyə çalışır. Amma bunun uğur qazanması mümkün deyil, "EL" Hərəkatının bütün səyləri sual altındadır. Xalq Rüstəm İbrahimbəyovu heç Azərbaycan sərhədini keçməyə qoymayacaq!" ("OLAYLAR" İA)