Keçmiş ACP-çilər niyə “EL”-dən kənar qaldı

Eldar Namazovun rəhbərlik etdiyi "EL" Hərəkatında həyata keçirilən vəzifə bölgüsü zamanı sabiq ACP-çilərin kənarda qalması diqqətdən yayınmayıb.  Hərəkatın bütün hüquqi sənədlərini hazırlayan və bu sahədə böyük bacarığı olan Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin keçmiş sədr müavini Feruz Quliyevin əməyinin "EL" rəhbərliyi tərəfindən qiymətləndirilməməsi keçmiş ACP-çilərin hərəkatdan incik düşdükləri fikrini formalaşdırıb. Feruz Quliyev isə "OLAYLAR"-a verdiyi açıqlamada "EL"-in rəhbərliyində təmsil olunmaqdan özlərinin imtina etdiklərini deyib. Bildirib ki, hələlik sıravi şəkildə fəaliyyət göstərməyə üstünlük verirlər: "Mənə hüquq məsələləri üzrə müşavir, digər sabiq ACP-çi Nizami Məmmədova isə  təşkilat komitəsinə rəhbərlik təklif edildi. Lakin heç birimiz bu vəzifələri istəmədik. Hələlik sıravi üzv kimi işləməyi məsləhət bilirik". Feruz Quliyev onu da deyib ki, "EL" Hərəkatında müəyyən uyğunsuzluqlar var və bu amil də onların rəhbərlikdə təmsil olunmağa maraq göstərməmələrinə təsirsiz ötüşməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00