“Kreml Rusiyanın nüvə arsenalını ABŞ-a verəcək” - AÇIQLAMA

Vəfa Quluzadə: “Tarixən də məlumdur ki, zəif dövlətlərin özündən qat-qat güclülərə tabe olması siyasətin qanunauyğun tərəfidir!”

Rusiya NATO-nun Brüsseldə keçirilən konfransında terrora qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və NATO-nun Baş katibi Anders Foq Rasmussen Belçika mətbuatına verdikləri açıqlamalarda ikitərəfli əlaqələrin qarşıdan gələn aylarda keçirilməsi planlaşdırılan birgə əməliyyatlarla daha da inkişaf etdiriləcəyini bildiriblər. Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiya yaxın gələcəkdə NATO-ya üzv olmağa hazırlaşır: "Kreml gələcəkdə Şimali Atlantik Alyansına üzv olmaq üçün ABŞ-a razılıq verəcək. Kreml Rusiyanın bütün nüvə arsenalının açarlarını Amerikaya verəcək və bu proses artıq başlayıb. Tarixən də məlumdur ki, zəif dövlətlərin özündən qat-qat güclülərə tabe olması siyasətin qanunauyğun tərəfidir. Həmişə güclülər zəifləri öz himayələri altına alıblar. Rusiya bu baxımdan dəfələrlə NATO ilə müqayisədə aşağıdır. Buna görə də NATO ilə əlaqələr qurmaq məcburiyyətində qalır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00