“Sərdar Cəlaloğlu siyasətçi deyil, o, yaxşı bildiyi işlə məşğul ola bilər” - AÇIQLAMA

Mübariz Göyüşlü: “ADP sədrinin Azərbaycanın siyasi həyatında heç bir çəkisi yoxdur, indiyədək bütün seçkilərdə heç bir nəticə əldə etməmiş siyasətçi adını qazanıb”

ADP sədri Sərdar Cəlaloğlu bu dəfə Qaçaq Nəbinin həyat yoldaşı və qubadlıları təhqir edib. S.Cəlaloğlu deyib ki, Həcər Azərbaycan xanımlarına nümunə göstəriləcək qadın ola bilməz: "Həcər o qadındır ki, Nəbi öləndən sonra bir neçə kişiyə ərə gedib. Bu qadını Azərbaycan xanımlarına necə nümunə göstərək? Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı". Məsələyə münasibət bildirən Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü hesab edir ki, ADP sədri Sərdar Cəlaloğlunun arxa-arxaya düzdüyü təhqirlərin heç biri bəyənilən deyil. M.Göyüşlünün sözlərinə görə Cəlaloğlunun açıqlamalarının müəyyən səbəbləri var: "Əsas səbəbləri isə ADP sədrinin partiya lideri, siyasətçi kimi uğursuzluqları, uzun müddət siyasi arenada fəaliyyət göstərməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməməyidir. Hər bir partiya liderinin əsas məqsədi təmsil etdiyi siyasi təşkilatı hakimiyyətə gətirməkdir, seçkilərdə nəticə əldə etməkdir. Bu kontestdən baxsaq Sərdar Cəlaloğlunun heç bir uğuru gözə çarpmır. ADP sədrinin Azərbaycanın siyasi həyatında heç bir çəkisi yoxdur, indiyədək bütün seçkilərdə heç bir nəticə əldə etməmiş siyasətçi adını qazanıb. Cəlaloğlunun problemləri yalnız bununla bağlıdır. Yaxşı olardı ki, ADP sədri bu uğursuzluqlarını açıq şəkildə etiraf eləsin, istefa versin, siyasətdən çəkilsin, baxardığı işlə məşğul olsun və cəmiyyətə faydalı insan olsun". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00