AXCP sədri namizədlik iddiasından geri çəkilir
24 Aprel 2013 13:01 Siyasət"AXCP sədri Əli Kərimli müxalifətdə daha şanslı namizəd olduğu halda bütün tərəfdarlarının istəklərinin əksinə olaraq öz iddiasından imtina edə bilər". "OLAYLAR"-ın xəbərinə görə, bunu facebook səhifəsində partiyanın sədr müavini Nurəddin Məmmədli yazıb: "AXCP sədri günümüzün ən aktual problemi olan müxalifətin seçki taktikasının bütün detallarına dair təkliflərini bir daha səsləndirib. Bu təkliflər paketinin ən başlıca prinsipləri müxalifətin geniş koalisiyasının yaradılması, vahid komanda, vahid platforma və vahid namizədin muəyyənləşdirilməsidir. Cəmiyyətimizin uzun illər həsrətlə gözlədiyi bu mexanizmi reallaşdırmaq haqqının xalqa, onun iradəsini ifadə edən topluma məxsusluğunu xususi olaraq qeyd edib". Nurəddin Məmmədli qeyd edib ki, bu yanaşmaya alternativ tapmaq mümkünsüzdür və vaxt itirmədən bu mexanizmin reallaşmasına başlamaq lazımdır.