Nazir Elmar Məmmədyarov Knessetin sədri Yuli Edelşteyn ilə görüşüb

Cari ilin 23 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində Knessetin sədri Yuli Edelşteyn ilə görüşmüşdür. Görüşdə nazir Elmar Məmmədyarovun İsrailə səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğu qeyd edilmişdir. Həmçinin, ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilmişdir. Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Knesset sədri, İsrailin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır. Nazir Elmar Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirmiş və ölkəmizdəki tolerantlıqdan söz açmışlar. Yəhudi təşkilatlarının nümayəndələri Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu vurğulamış və bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əmin olduqlarını bildirmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00