KXCP-nin İsveç təmsilçiliyi yaradıldı
23 Aprel 2013 17:35 SiyasətKlassik Xalq Cəbhəsi Partiyasının bundan sonra İsveçdə təmsilçisi fəaliyyət göstərəcək. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, bununla bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu İsveç Krallığında partiya təmsilçisinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən İqbal Eyvazlı Klassik Xalq Cəbhəsi Partiyasının İsveç Krallığındaki təmsilçisi təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00