KXCP mitinq komitəsi yaratdı
23 Aprel 2013 13:14 SiyasətKlassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumta görə, iclasda partiyanın rayon/şəhər şöbə məclislərinin yığıncaqlarının keçirilməsi barədə ətraflı məlumat verilib, aprelin 28-də keçiriləcək KXCP Ali Məclisinin sessiyasının gündəlik layihəsi müəyyənləşdirilib. İclasda Demokratik Qüvvələrin Məşvərət Məclisinin 28 aprel tarixinə təyin etdiyi mitinqə hazırlıqla bağlı məsələlər müzakirə edilib və dinc kütləvi aksiyaların keçirilməsi ilə bağlı Mitinq Komitəsi yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00