Ortada nəticə yoxdur - FİKİR

"Milli Şura yaradılması ideyası uzun müddətdir müzakirə predmetidir. Təəsssüflər olsun ki, hələ də real addımlar və nəticələr ortada yoxdur". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Ouclu səsləndirib. Partiya rəsmisi onu da bildirib ki, AMİP hər zaman müxalifətin inteqrasıyası, birliyi və əməkdaşlığı istiqamətində bütün təşəbbüsləri dəstəkləyib: "Partiyanın sədri Yusif Bağırzadə də birlik istiqamətində bir neçə dəfə cəhdlər göstərib, müəyyən addımlar atmağa çalışıb. Bunula belə Milli Şura ideyasına partiyanın münasibətini partiyanın seçkili və kollegial qurumları müəyyənləşdirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00