Milli Şura ideyası mənasız bir şeydir
22 Aprel 2013 18:15 Siyasət"Milli Şura adlanan qurumun yaradılması ideyası boş, mənasız bir şeydir". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının bu ideyaya dəstək verməsi də prinsip etibarilə heç nəyi dəyişməyəcək: "Milli Şura və ya Böyük Şura olsun, bunun nə fərqi? Onsuz da toplananların yeri dəyişəndə cəm dəyişmir Eyni elektorata malik siyasi qüvvələr demək olar ki, artıq hər ay bir hərəkat, birlik və ya şura elan edirlər. Bunun heç bir təsiri yoxdur və olmayacaq da". BAXCP rəsmisi hesab edir ki, bunun başlıca səbəbi cəmiyyətin bu qüvvələr ciddi dəstək verməməsidir: " Əli Kərimli və ya İsa Qəmbərin dəstək verməsi nəyi dəyişir ki? 3 ildən artıqdır ki, bu iki şəxs İctimai Palatada birləşiblər, nə dəyişib? Heç nə. Onlar bir-birinə namizədlik də belə güzəşt etmirlər. Bunlar son 20 ildə 20 dən artıq bu cür birliklər yaradıblar. Nəticəsi isə göz qabağındadır. Bir də ataların yaxşı bir misalı var. Kasıb itinin adını gümüş qoyar".