Rusiya Minsk Qrupundakı fəaliyyətinə kölgə salır
22 Aprel 2013 18:14 SiyasətAzərbaycan Demokrat Partiyası Rusiya Federasiyası İctimai Palatasının üzvü Denis Dvornikovun uydurma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyəti daşıması ilə bağlı qanun layihəsi hazırlayacağı ilə bağlı bəyanatından narahatlıq ifadə edib. Partiyanın İdarə Heyətinin aprelin 22-də keçirilən iclasında qeyd olunub ki, bu təşəbbüs Rusiyanın ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salacaq. ADP-dən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, İdarə Heyəti üzvləri son vaxtlar ermənilərin Gürcüstana ərazi iddiaları ilə bağlı separatçı hərəkətlərinə diqqət çəkib və onların öz qonşularına olan əsassız ərazi iddialarının regionda sülhə və təhlükəsizliyə ciddi ziyan vurduğunu, regon ölkəlrinin demokratikləşməsi və qərbə inteqrasiya olunması yolunda böyük əngəl olduğunu diqqətə çatdırıb.