Vurğun Əyyub: “Arif Hacılı adı olub, özü olmayan təşkilatdan danışa bilməz!”

"Müsavat mexaniki birliklərin tərəfdarı deyil. Birliklər yalnız ayrı-ayrı fərdlərin istəklərinə uyğun olaraq deyil, prinsip üzərində qurulmalıdır, hədəflər əvvəlcədən müəyyən edilməlidir. Biz yalnız Müsavat Partiyasının ideoloji-siyasi xəttinə zidd olmayan siyasət yürüdən qurumlarda iştirak edərik!". Milli Şuranın yaradılmasına münasibət bildirən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata açıqlamasında belə deyib. "Milli Şuranın hansı ideoloji-siyasi xətti Müsavatın ideologiyasına ziddir?" sualına Müsavatın "Divan" üzvü Vurğun Əyyub belə cavab verib: "Milli Şura hələ yaradılmayıb, nə də ki, onun ideoloji-siyasi xətti bəlli deyil. Arif Hacılı Milli Şura haqqında nəsə deməyib ki?! Siz olmayan bir şey haqqında soruşursunuz ki, Müsavat Milli Şurada iştirak edəcək, ya yox?! Arif bəy adı olub, özü olmayan təşkilatdan danışa bilməz!". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00