YAP prezident seçkilərinə ciddi hazırlaşır

"Hakim partiya olaraq, 2013-cü ildə Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə ciddi hazırlaşırıq". Bunu Yeni Azərbaycan Partiyasının  icra katibi və sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. Ə. Əhmədov qeyd edib ki, YAP ənənəsinə uyğun olaraq prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəratində keçirilməsi və irəli sürdüyü namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verib: "YAP sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatlar üzərinə düşə vəzifələri layiqincə yerinə yetirməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00