Ermənistanla sərhəddə aksiya keçirildi VIDEO
22 Aprel 2013 14:47 SiyasətIqdırdakı Beynəlxalq Əsilsiz Erməni İddialarıyla Mücadilə Dərnəyi tərəfindən Ermənistanla sərhəddə yerləşən Əlican kəndində ''Hepimiz Mehmetçik, Hepimiz Karabağlıyız'' adlı mitinq keçirilib. ASİM-DER-dən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Beynəlxalq Diaspora Mərkəzi ilə birlikdə keçirilən mitinqdə ermənilərin qondarma soyqırım iddialarını ifşa edən şüarlar səsləndirilib. Mitinq zamanı ermənilərin deyil, əslində türklərin ermənilər tərəfindən zaman-zaman qətliama məruz qaldığı vurğulanıb. Aksiyanın Ermənistanla sərhəddə keçirilməsinin səbəbini açıqlayan ASİM-DER rəhbəri Göksəl Gülbəy deyib ki, bununla dünya ictimaiyyətinə türklərin ermənilər tərəfindən qətliama məruz qaldığını çatdırmaq istəyirik. Aksiyaya İqdırda fəaliyyət göstərən 30-a yaxın QHT, eləcə də Qars və Vandan gələn insanlar dəstək verib.