Xarici işlər naziri İsrail Knessetinin sədri ilə görüşüb

Olaylar IA xəbər verir ki, aprelin 22-də xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman ilə görüşüb. Görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov münaqişənin ədalətli həllinə nail olunacağına əminliyini vurğulayıb və beynəlxalq ictimaiyyətin status kvonun dəyişdirilməsi zəruriliyini, həmçinin, status kvonun dəyişməz qalmasının regionun inkişafına əngəl törətdiyini dərk etdiyini bildirib.  Aviqdor Liberman Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu qeyd edərək, bunun nəticəsində ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini bildirib. İsrail rəsmisi bir çox sahələrdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00