“EL” Hərəkatı Rusiyanın Azərbaycana qarşı növbəti təxribati addımlarından biridir - AÇIQLAMA

Elşən Manafov: “Rusiya Azərbaycanla sərhədyanı rayonlarda yaşayan Azərbaycan vətəndaşlığı olan etnik azlıqlara imperialist ambisiyalarla yanaşması, sərhəddə gərginliyin yaşanmasına səbəb ola bilər”

2015-ci ilin 1 yanvarından  etibarən MDB ölkələrindən olan miqrantlar Rusiyaya ancaq xarici pasportla gedə biləcəklər. Ölkəyə yeni giriş qaydası Gömrük Birliyinə aid olan ölkələrin vətəndaşlarına şamil olunmur. Rəsmi Moskvanın qərarına görə həmçinin Rusiya ilə həmsərhəd ölkələrdə yaşayan sərhədyanı rayonların sakinləri güzəştli qaydalarla sərhədi keçə biləcəklər. "Kremlin bu qərarı Azərbaycanla mövcud münasibətlərə təzyiq kontekstindən yanaşmasından xəbər verir. Çünki, Rusiya və Azərbaycanın sərhədyanı rayonlar haqqında razılaşması bir neçə il bundan qabaq əldə edilib. Dmitri Medvedyevin hakimiyyəti dönəmində belə bir razılaşma qəbul olundu və dislokasiya ilə bağlı məsələlərə aydınlıq gətirildi. "Olaylar"a açıqlamasında politoloq Elşən Manafov belə deyib. E.Manafovun sözlərinə görə Rusiyanın Azərbaycanla sərhədyanı rayonlarda yaşayan Azərbaycan vətəndaşlığı olan etnik azlıqlara imperialist ambisiyalarla yanaşması, sərhəddə gərginliyin yaşanmasına səbəb ola bilər. Politoloq hesab edir ki, Azərbaycandan Rusiyaya köç edə biləcək və burada məskunlaşacaq şəxslər Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirəcəklər, Kremlin maraqları şərçivəsində Azərbaycan hökumətini etnik azlıqları sıxışdırması barədə absurd bəyanatlar verəcəklər: "Rusiya məhz Abxaziya və Cənubi Osetiyaya bu kontekstdə müdaxilə edib. Moskva Abxaziya və Cənubi Osetiyada Rusiya vətəndaşlarının hüquqlarının pozulması adı altında Gürcüstana məxsus əraziləri işğal etdi. Kreml bu cür ssenarilərə müraciət etməklə Azərbaycana qarşı növbəti təzyiq dalğasını gücləndirməsini nəzərdə tutur. Azərbaycanın xüsusi xidmət orqanları və hakimiyyəti məsələni diqqət mərkəzində saxlamalıdır. Çünki, zamanında Rusiya ləzgilərin separatçı "SADVAL" təşkilatından Azərbaycana qarşı məharətlə istifadə edib. 20 il bundan qabaq Rusiyanın etnik zəmində qarşıdurma yaratmaq istəyi olub. Rəsmi Moskvanın bu qərarı onu göstərir ki, Rusiya 20 il bundan qabaq planlaşdırdığı ssenarini tətbiq etmək istəyir. Son zamanlarda Rusiya və Azərbaycan arasında baş verən bir sıra proseslər iki ölkə arasında münasibətlərin gərginləşməsindən xəbər verir. Moskvada RATİ-nin yaradılması, Qəbələ RLS ilə bağlı razılığın əldə edilməməsi, Xəzər dənizində Rusiyanın Hərbi Donanmasını gücləndirməsi, Eldar Namazovun başçılığı ilə "EL" təşkilatın yaradılması Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin növbəti addımları kimi qəbul edilməlidir!" ("OLAYLAR" İA)    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00