Milli Şura ideyası xalq tərəfindən dəstəklənməyəcək

"Hər bir ideyanın əsasında səmimiyyət durmalıdır. Belə olmasa onun reallaşacağı mümkün deyil. Üstəlik Azərbaycanda demokratik dəyişiklik istəyən qüvvələrə inamsızılıq yarandığından irəli sürülən hər hansı ideya şübhə ilə qarşılanır". Bu fikrləri "OLAYLAR"-a  İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı son günlər Rüstəm İbrahimbəyov tərəfindən gündəmə gətirilən "milli şüra" ideyasına münsibət  bildirərəkən belə deyib.  Partiya sədrinin fikrincə bunu təkilf edən şəxs və onun təmsil olunduğu düşərgə ilk addımlarda ortalığa süəmimiyyət, dürüstlük qoymadığından xalq tərəfindən dəstəklənəcəyi gözlənilən deyil: "Rüstəm müəllimin hakimiyyətdən incik düşəndən sonra fəallaşması isə ideyanın formalaşmasına mane olan amillərdəndir. Özünü ana müxalifət adlandıran  qüvvənin də bu ideyaya qoşulacağı gözlənilmir. Bunu yaxın tarixin təcrübəsi göstərir. İllər boyu öz arasında birləşə bilməyənlərin Milli Şura ideyası ətrafında birləşəcəyi real görünmür"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00