DAK həmsədrləri Amerikada

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Birləşmiş Ştatlara səfər edib. Konqresin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, mayın 2-dək davam edəcək səfər çərçivəsində DAK həmsədrləri Dövlət Departamenti və Konqresdə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Güney Azərbaycan məsələsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Konqresdən bildirilib ki, Sabir Rüstəmxanlı və Firudin  Pərvizniya aprelin 27-də Vaşinqtonda keçiriləcək "Erməni yalanlarına yox" aksiyasında da iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00