Azərbaycan Fələstini dəstəkləyir

Olaylar İA xəbər verir ki, aprelin 21-də xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin xarici işlər naziri Riad al-Maliki ilə görüş keçirib.Tərəflər müxtəlif sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gələrək, münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.  Fələstinin xarici işlər naziri Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında nüfuza malik olduğunu qeyd edərək, Fələstinə verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib. Həmçinin, nazir Elmar Məmmədyarov Fələstinin beynəlxalq ictimaiyyətin tam hüquqlu üzvü olmağa haqqı olduğunu və hər zaman olduğu kimi beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00