Siyavuş Novruzov müxalifəti sabun köpüyünə bənzətdi

"Biz müxalifətin İP-ni, kəndirini, "El"ni, selini çox görmüşük". "Bu seçki ilində müxalifət tarixin arxivinə qovuşacaq". Bu sözləri Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, son zamanlar müxalif cəbhədə ən çox müzakirə olunan mövzulardan biri də "Milli Şura" adlı birlik yaratmaqdır, ancaq bu birliyin də taleyi indidən bəllidir.
"Milli Şura" məsələsinin hələ 90-cı illərdən Azərbaycanda reallaşdırılmasına cəhdlər olduğunu deyən millət vəkili onu da bildirib ki, bu ideya xarici kəşfiyyat qurumlarına məxsusdur. Bu ideyanı Azərbaycanda reallaşdırmağa təşəbbüs göstərən Rüstəm İbrahimbəyov da xarici kəşfiyyat orqanlarının bir nümayəndəsidir.
""Milli Şura" məsələsi xarici kəşfiyyat orqanlarının ideyasıdır. Biz o qədər milli şura, kölgə hakimiyyəti, alternativ parlament, İP, məftil, "El", sel, bunların haqqında çox eşitmişik. Bunların hamısı seçki dövründə olan məsələlərdir. Bunların hamısı sabun köpüyü kimi dağılıb gedəcəklər", - S.Novruzov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00