"Arvadını yataqda kişiylə tutmusan, mənə nə?"

Hafiz Hacıyev Təranə-Musa qalmaqalından danışıb

Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev son günlər mətbuatda tanınmış müğənnilər Musa Musayev və Təranə Qumralla bağlı yayılan xəbərlərdən sinir krizi keçirdiyini söyləyib. Partiya sədri Publika.az-a bunları deyib:
"Yekə kişisən, arvadınla aranızda olan yataq məsələsini abır-həya etmədən mətbuata çıxarırsan. Utanc gətirən bir məsələdir. Onların qız övladları var, heç olmasa, o qızların taleyini düşünsünlər. Kimlə yatıb-durduğunun bu xalqa nə dəxli var axı?Arvadını yataqda kişiylə tutmusan, mənə nə?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00