İctimai Palatanın "Xan-Vəzir" oyunu

Siyasi fəallıq o qədər aşağıdır ki, qurumun seçkilərdə uğur qazanacağı inandırıcı deyil

Aprelin 13-də İctimai Palatanın Koordinasiya Şurasının növbəti sessiyasında bir sıra müzakirələr edildi və təkliflər irəli sürüldü. Hətta müəyyən məsələlərdə ənənəyə uyğun olaraq AXCP və Müsavat arasında gərginliklər yaşandı. Amil bir daha elə AXCP və Müsavatın ənənəvi müxalifət olmasını əyani şəkildə isbatladı. Halbuki siyasi analitiklər bu birləşməni insanlar tərəfindən Azərbaycan müxalifətinə deyilmiş ən kobud aforizm kimi xarakterizə edirlər.  Koordinasiya Şurasının üzvü Pənah Hüseynin İctimai Palatanın seçkilərə vahid namizədlə iştirak etməsi təklifi də irəli sürüldü. AXCP və Müsavat yetkililəri bu dəfə də məsələni qulaqardına vurmaq istəyində oldular. Vahid namizəd məsələsindən çox İP KŞ üzvləri AXCP sədri Əli Kərimlinin seçkilərə aidiyyatı olmayan təkliflərini qəbul etdilər və müzakirə obyektinə çevirdilər. Amma məsələnin üzərindən üç gün keçməmiş məlum oldu ki, İctimai Palata payızda keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak etmək qərarını verib. Məlumat hələlik İP, AXCP və Müsavat yetkililəri tərəfindən rəsmən təsdiqlənməsə də müxalifət yarı-könüllü şəkildə təklifə razılıq verib. AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər toplantı keçirilən binadan çıxanda hər nə qədər şən görünsələr də vahid namizəd məsələsinin hər iki müxalifət liderinin ürəyini bulandırdığı gün kimi aydın idi. Çünki, 1993-cü ildən bu günə kimi AXCP və Müsavat seçki amilinə şəxsi prizmalardan yanaşıblar və bu amil son anda vahid namizəd məsələsində müxalifət partiyaları arasında nifaq toxumu səpib, ikitirəliyə  tirəliliyə itələyib. Siyasi analitiklər bu dəfə də AXCP və Müsavatın payızda keçiriləcək prezident seçkilərinə vahid namizədlə qatılacaqlarına inanmırlar. Çünki, partiya yetkililəri hər nə qədər mətbuata verdiyi açıqlamalarda iki təşkilat arasında soyuq münasibətlərin olmamasını bildirsələr də, İP daxilində AXCP və Müsavatın bir nöqtəyə vurmadığı məlum olur. Çünki, İsa Qəmbər və Əli Kərimli ALP lideri Lalə Şövkət və AMİP sədri Etibar Məmmədov müxalifətin sərgilədiyi oyunlardan kənara çəkiləndən sonra liderlik iddiası üzrə çəkişmədədirlər. Hər iki halda İsa Qəmbər və Əli Kərimlinin liderlik və kürsü davası müxalifətin bütün seçkilərdə uğursuzluğu ilə nəticələnir. AXCP və Müsavatın ayrı-ayrı məzhəblərə qulluq etməsi müxalifətin sosial bazasını da tamamilə parçalayır. Satirik şair Mirzə Sakit AXCP və Müsavatın İctimai Palata daxilindəki vahid namizəd məsələsinə maraqlı, bir az da yumoristik şərh edib. Mirzə Sakitdən Pənah Hüseynin təklifi barədə ətraflı məlumat almaq istədim. Mirzə mənimlə bir-iki kəlimə ilə razılaşdı: "İctimai Palatanın bu təklifi yadıma cocuq vaxtı oynadığımız "Xan-Vəzir" oyununu salır. Bu da bunun geniş izahı!". Şair "Bəy, axı çox insan bu oynun qaydalarından heç xəbərdar deyil! Bəlkə "Xan-vəzir" oyununu bir az geniş izah edəsiniz?" sualına bu cür cavab verdi: "Yox, bəy, artıq hamı gözəl oyunçuluq qabiliyyətinə yiyələnib! Bunun başqa izahı yoxdur".

Politoloq Zərdüşt Əlizadə İctimai Palata daxilində baş verən prosesləri pis bildiyini, bəzən də bu barədə maraqlanmadığını bildirdi. Siyasi analitik İP KŞ-ın vahid namizəd təşəbbüsünü bu cür qiymətləndirdi: "İctimai Palata daxilindəki partiyalar arasında qüvvələr nisbəti o qədər aşağıdır ki, seçkilərdə müsbət nəticə əldə edəcəyi inandırıcı deyil. Həmçinin İP-in intellektual potensialı da olduqca aşağı səviyyədədir. Odur ki, qarşıdan gələn seçkilərdə AXCP və Müsavatın bu birliyindən heç nə gözləmirəm!".   

Afşin Ərdoğdu 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00