Rusiya Krım türklərinin soyqırım gününü bayram etdi

1783-cü ildə imperatriçə II Yekaterina tərəfindən zorakılıq yolu ilə işğal edilən Krımda türklər dəhşətli fəlakətlə üzləşiblər

Krımdakı rus təşkilatları aprelin 19-da 230 il qabaq Krımın Çar Rusiyası tərəfindən işğalını bayramla qeyd ediblər. Ukrayna mətbuatının məlumatına görə Rus Birliyi Partiyası və Krım Rus Cəmiyyəti tərəfindən təşkil edilən bayram mərasimində II Yekaterinanın şərəfinə konsert proqramı verilib. Qeyd edək ki, Çar Rusiyası tərəfindən zorakılıq yolu ilə işğal edilən Krımda türklər dəhşətli fəlakətlə üzləşiblər. 1783-cü ildə aprelin 19-da imperatriçə II Yekaterinanın "Krımın Rusiyaya ilhaq edilməsi" bəyannaməsinin imzalanması rus millətçiləri tərəfindən hələ də bayram kimi qəbul edilir. ("OLAYLAR" İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00