“Səməd Vurğunu Stalini tərənnüm edən əsər yazmağa məcbur ediblər” - AÇIQLAMA
Mirzə Sakit: “Xalq şairi Səməd Vurğunun kitablarının yandırılması çağırışı düzgün addım deyil”
19 Aprel 2013 15:47 Siyasət"Hər zamanın öz bayraqdarı olur. Səməd Vurğun da öz zəmanəsində "zamanın bayraqdarı" idi. Onun başqa ədəbi cərəyanı ola bilməzdi, aydın məsələdir ki, repressiya maşınlarının qanlı çarxlarından qurtulmaq üçün Səməd Vurğun İmperiya cəlladlarının caynağından xilas olmasına görə onlara xoş gələ biləcək nələrisə yazmalı idi və yazdı da". Satirik şair Mirzə Sakit ADP sədri Sərdar Cəlaloğlunun Xalq şairi Səməd Vurğun barədə irəli sürdüyü iddialara münasibət bildirərkən belə deyib. Mirzə Sakitin sözlərinə görə Səməd Vurğun kimi bir çox şair və yazıçılar da Stalin rejiminin ağır qaydalarından çəkinərək rejimi tərənnüm edən əsərlər yazıb: "Əlbəttə, bu çox ağrılı bir misralar idi və o ağrını da bu gün bəzi insanlar şairin özünə qaytarmağa çalışır. Şair öz zəmanəsinin haqsızlıqlarından yazmadıqda gələcək nəsillərin qınağına tuş olur. Lakin bununla yanaşı Səməd Vurğun həm də öz türkçülüyü ilə də fəxr etməsini tərənnüm edən şeirlər də yazıb. Hesab edirəm ki, Səməd Vurğunun kitablarının yandırılması çağırışı düzgün addım deyil. ("OLAYLAR" İA)