“Qarımış müxalifətdən ərə gedən qız düzəltmək olmaz!” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Azərbaycan müxalifəti ermənilərin düçar olduğu xəstəlikdən əziyyət çəkir”

"EL" Hərəkatı elan olunanda cəmiyyətə proqram təqdim etmişdi. Orada xeyli hay-küylü cümlələrlə yazılırdı ki, bütün demokratik qüvvələrin birliyinə nail olacağıq, xalqı öz haqları uğrunda mübarizəyə qaldıracağıq, ölkədə sivil yolla demokratik dəyişikliklərə nail olacağıq. Hanı "EL" Hərəkatı, hanı birləşdirmə meylləri, hanı xalq?!" Mətbuata müsahibəsində sabiq müsavatçı, politoloq Hikmət Hacızadə belə deyib. "EL" Hərəkatının əvvəlcədən baş tutmayacağının məlum olduğunu deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə hərəkatın yaranması üçün Azərbaycanda sosial gərginlik yoxdur, seçkiqabağı müxalifət mətbuatının tirajladığı gərginlik sünidir, heç bir siyasi, hüquqi, iqtisadi və ideoloji əsası yoxdur: "İkincisi, hərəkat qocaları döyüşə aparmaq istəyir, bu qocaların hamısı da sovet şinelindən çıxmış adamlardır və onların düşüncə tərzi komunistcəsinədir. Həmin adamların müstəqil Azərbaycan maraqları yoxdur, sadəcə olaraq şəxsi maraqları var. Nə qədər ki, müxalifətdə şəxsi istəklər milli maraqların üstündə olacaq, müxalifətin birləşməsi mümkünsüzdür. Çünki, müxalifət rəhbərliyində uzun illərdir ki, heç bir dəyişiklik yoxdur. "EL" Hərəkatını təşkil edənlər ya keçmiş cəbhəçilərdir, ya kiminsə maraqlarına xidmət edənlər, ya da ki, hansısa partiyadan küsüb çıxanlardır. Gün ərzində də həmin adamlar buqələmun kimi dörd dəfə cild dəyişirlər və həmin insanların hərəkat yaratmasının özü gülməlidir. Digər tərəfdən hərəkatın başlaması üçün ideologiya yoxdur. "EL" Hərəkatı yenidən Azərbaycanda bölgəçilik hərəkatının başlanması deməkdir. Xalq bunu qəbul edə bilməzdi. Faktiki olaraq hərəkata eyni bölgədən olan bir neçə adam rəhbərlik edir, əsas səs çoxluğu da onlardadır. Konkret olaraq "EL" diktatura hərəkatının adıdır. Bu gün müxalifətdə diktator partiyaların sayı kifayət qədər çoxdur. Paralellik aparmağa məcburam. Ermənilərin normal ziyalılarından biri Kaçaznuni 1923-cü ildə Rumıniyada ermənilərin psixologiyası ilə bağlı gözəl bir kitab yazıb. Kaçaznuni kitabda qeyd edir: "Biz əvvəlcədən yalanı yaradırıq, sonra çalışırıq ki, o yalana başqaları da inansın. Onlar inanmayanda biz onlardan küsürük!" Azərbaycan müxalifəti də eyni xətəlikdən əziyyət çəkir. Müxalifət əvvəlcədən yalanı yaradır, sonra onu cəmiyyətə sırımaq istəyir. Yalana inanmayan insanları da tez yalandan iqtidarın adına çıxır! Qarımış müxalifətdən ərə gedəsi qız düzəltmək olmaz!" ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00