Xarici işlər naziri Yaxın Şərq regionuna səfər edəcək
18 Aprel 2013 18:37 SiyasətXarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 21-23 aprel tarixlərində Yaxın Şərq regionuna səfər edəcək. Səfər çərçivəsində Fələstin və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.Görüşlərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan tərəfi Fələstin və İsrail ilə Yaxın Şərq sülh prosesi ətrafında müzakirələr aparacaq, həmçinin ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00