VİP yeni əməkdaşlıq axtarışında

Azərbaycan Demokrat Partiyasının  sədri Sərdar Cəlaloğlu ilə Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyev arasında görüş keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, görüşdə prezident seçkiləri ərəfəsində ölkədə və xüsusilə, müxalifət düşərgəsində yaranmış durumu ətraflı müzakirə edən S.Cəlaloğlu və Ə.Əliyev hakimiyyətə əks siyasi qüvvələrin bir araya gəlmək təşəbbüslərinin hələ də baş tutmamasını təəssüf doğuran hal kimi qiymətləndiriblər. Tərəflər ADP və VİP arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayaraq geniş spektr üzrə məsləhətləşmələrin davam etdirilməsini qərara alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00