YAP-ın regionlarda görüşləri davam edir
18 Aprel 2013 17:43 SiyasətYeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Cəlilabad rayonunda partiya fəalları ilə görüş keçirib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, görüşdə Əli Əhmədov son 10 ildə partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq, dövlətimizin büdcəsinin 10 dəfə artdığını, insanların maddi rifah halının yüksəldiyini, yoxsulluq həddinin minimuma endiyini statistik rəqəmlərlə görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu inkişafın dayanıqlı, davamlı olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha da sıx birləşməkdən ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00