AMİP təkzib edir

Ayxan Etibaroğlunun Azərbaycan Milli İstiqlal Partiyasının Gənclər Təşkilatının sədr seçilməsində partiyanın lideri Etibar Məmmədovun rolunun olması barədə deyilənlər cəfəngiyyatdır. Belə bir açıqlama ilə çıxış edən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, Ayxan bəyi milli istiqlalçı gənclər bu posta layiq görüblər: "Burada Etibar Məmmədov  amili axtarmaq düz deyil. Etibar bəy 2004-cü ildə yerini gənclərə etibar edərək sədrlikdən istefa verdiyi vaxtdan indiyədək partiyanın daxili işlərinə qarışmayıb. O ki ola seçkili qurumlara". Əli Oruclu onu da deyib ki, bəzi siyasi dairələr isə Ayxan Etibaroğlunun Gənclər Təşkilatının sədri seçilməsini əsassız olaraq Etibar Məmmədovun partiyanı yenidən nəzarətə götürməsi kimi dəyərləndirirlər: "Etibar Məmmədov partiyanın lideri olaraq qalır. Və bir lider, təcrübəli və tanınmış siyaətçi kimi AMİP üzvlərinin və rəhbərliyinin həmişə onun dəyərli məsləhətlərinə, tövsiyələrinə ehtiyacı olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00