Deputatımız Qazaxıstana səfər edib
18 Aprel 2013 12:42 SiyasətMilli Məclisin deputatı Adil Əliyev aprelin 17-dən Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdədir. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, millət vəkili "Müasir parlamentarizm: qanunvericilik prosesində hakimiyyətin qolları arasında qarşılıqlı əlaqələrin formalaşması, inkişafı və təkmilləşdirilməsi" mövzusunda keçiriləcək konfransın işinə qatılacaq. Tədbirdə Adil Əliyev qanun yaradıcılığı prosesində hakimiyyət orqanları arasında əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini açıqlayacaq. Səfər çərçivəsində deputatımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avrasiya xalqlarının dostluğu və mədəniyyəti Konqresi" cəmiyyətinin təşkil etdiyi elmi-praktik konfransda iştirak edəcək. Səfər aprelin 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00