Saakaşvili Bakıya gəlir

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edəcək. Bu barədə "OLAYLAR"-a məlumat Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, bu məqsədlə Gürcüstan prezidenti gələn ay Bakıya səfər edəcək.

Qeyd edək ki, Cənubi Qafqaz Forumu mayın 6-8-də keçiriləcək. Forumda 200-dən artıq nüfuzlu elm, mədəniyyət xadimi və dövlət adamları iştirak edəcək..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00